CƏMİYYƏT


Xaçmazda İmadəddin Nəsiminin abidəsi və “Saatlar qülləsi”nin açılışı olub

Mayın 10-da Xaçmaz şəhərindəki “Çənlibel” parkında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsinin və yeni inşa olunan 35 metr hündürlükdəki “Saatlar qülləsi”nin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə təsadüf edən açılış mərasimində Xaçmaz sakinlərinə konsert proqramı təqdim edilib.