CƏMİYYƏT


Maşını qaçırıb aşırdı - Dəstə üzvü təfərrüatları danışdı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları qabaqcadan əlbir olaraq aprel-may aylarında rayon ərazisində 5 nəqliyyat vasitəsini oğurlayan cinayətkar dəstənin üzvlərini saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxslərin rayon sakinləri Taleh Atakişiyev, Mahir Məmmədov, Orxan Bədəlov, Tural Əliyev, Asif Əsgərov və Mirəli Sadıqov olduqları müəyyən edilib.