CƏMİYYƏT


Dayanıqlı İnkişaf Məqsədləri üzrə dövlət-özəl sektor dialoquna başlanılıb

Bakıda BMT-nin İnkişaf Proqramı, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə dövlət və kommersiya sektorları arasında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında özəl şirkətlərin roluna həsr olunmuş dialoqa başlanılıb.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyindən irəli gələn məqsədlərə nail olunması istiqamətində aparılan işlərə biznes qurumlarının cəlb edilməsi, dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.