İDMAN


Lionel Messi İspaniya çempionatında 70 illik rekordu təkrarlayıb

“Barselona” klubunun La Liqanın sonuncu – 38-ci turunda səfərdə “Eybar” ilə 2:2 hesablı heç-heçə etdiyi görüş Lionel Messi üçün əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, argentinalı futbolçu həmin oyunda dubl edərək cari mövsümdə La Liqada vurduğu qolların sayını 36-ya çatdırıb. Beləliklə, o, karyerasında altıncı dəfə İspaniya çempionatının ən məhsuldar oyunçusu olub. Bu göstəriciyə görə Messi 1940-1950-ci illərdə “Atletiko Madrid” klubunda çıxış etmiş hücumçu Telmo Saranın rekordunu təkrarlayıb.