İQTİSADİYYAT


Dörd ayda 420 min ton çay ixrac edilib

Yanvar-aprel aylarında Azərbaycandan 420 min ton çay ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Hesabat dövründə ixrac edilən çayın dəyəri 2 milyon 658 min ABŞ dolları olub.

Eyni zamanda, 4 ayda ölkəyə 16 milyon 688 min dollarlıq 4 min 376 ton çay idxal edilib.