CƏMİYYƏT


Şabranda oğurluq edən və çətənə kolları becərən şəxslər saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki fərdi yaşayış evlərinin birinə qanunsuz daxil olaraq 2350 manat pul oğurlamaqda şübhəli bilinən Əhmədxan Qurbanovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı Ə.Qurbanov törətdiyi cinayət əməlini etiraf edib.