İDMAN


İdmançı polis xanım öz uğurlarının sirrlərindən danışır

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Polis idmançıları yaxından tanıyaq” adlı rubrikaya başlayıb. Layihənin ilk qonağı Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Müvəqqəti Təcridetmə mərkəzinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanovadır. Xanım idmançımız karate üzrə 2 dəfə dünya kubokunun sahibi, səkkizqat respublika çempionu, pa­uer­lif­tinq­ üzrə isə Avropa və üçqat respublika çempionudur. Müsahibədə Ədilə Qurbanova ilk baxışda əks qütblü görünə biləcək idman növlərində qazandığı uğurların sirrini açır, həçminin xanımlara idmanla məşğul olmağın faydalarından bəhs edir. Polis zabitinin xidmətdə və idman arenalarında əldə etdiyi uğurlar haqqında daha ətraflı sujetdə məlumat verilir.