CƏMİYYƏT


Lənkəranda qəza: ölən və yaralanan var

Ələt-Astara magistral yolunun 185-ci kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Liman şəhər sakini  İxtiyar Şüşəxanov  idarə etdiyi 99 BP 220 dövlət qeydiyyat nişanlı "Mersedes" markalı mikroavtobusla eyni istiqamətdə hərəkətdə olan Cəlilabad rayon sakini İlkin Rzayevə məxsus  90 PN 921 dövlət qeydiyyat nişanlı "Laguna" markalı minik avtomobili ilə toqquşub.

Yol qəzası zamanı "Mersedes"də olan sərnişin, Liman şəhər sakini Vüqar Rzayev aldığı xəsarətlərdən yerindəcə keçinib.

"Mersedes"in sürücüsü İlkin Şüşəxanov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.