CƏMİYYƏT


Bakı Sərgi Mərkəzindəki nəqliyyat sərgilərdə AZƏRTAC öz stendi ilə təmsil olunur

İyunun 11-də Bakı Sərgi Mərkəzində işə başlayan XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “TransCaspian 2019” və IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road & Traffic 2019” sərgilərində AZƏRTAC öz stendi ilə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də stenddə agentliyin müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları nümayiş etdirilir.