CƏMİYYƏT


Dövlət Komitəsi dini radikalizm mövzusunda toplantı keçirib - Güc strukturları müzakirələrə qoşulub

Azərbaycanda dövlət-din münasibətlərinin sağlam şəkildə qurulub, ictimai-siyasi sabitlik və əmin-amanlıq hökm sürür. Ölkəmizdə bütün dünyaya nümunə ola biləcək dövlət-din münasibətləri, tolerantlıq, multikulturalizm, birgəyaşayış ənənəsi formalaşıb. Azərbaycanın bu nümunəvi modelini qorumaq, yeni nəsillərə ötürmək hər birimizin borcudur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər iyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şabran Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkil etdiyi “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirədə söylənilib.