CƏMİYYƏT


Polis Akademiyasında Milli Qurtuluş Günü qeyd olunub

Tədbirdə çıxış edən Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev Ulu Öndərin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, ölkəmizin son 50 illik tarixi dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli liderin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində gördüyü işlərdən bəhs edən akademiyanın rəisi dahi rəhbərin bütün həyatını xalqının xilasına, tərəqqisinə və xoşbəxtliyinə həsr etdiyini bildirib.