CƏMİYYƏT


Paytaxta satmaq niyyəti ilə narkotik gətirən Xaçmaz sakini saxlanılıb

Baş Narkotiklərlə Mübarizə və Baş Dövlət Yol Polis İdarələrinin birgə həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində satmaq niyyəti ilə paytaxt ərazisinə narkotik vasitələr gətirən şəxs saxlanılıb. Daxil olmuş məlumat əsasında Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Mübariz Novruzi paytaxt istiqamətində hərəkətdə olan zaman onun sərnişin kimi əyləşdiyi avtomobil Yol Patrul Xidməti Alayının 1-ci tağımının Saray qəsəbəsində yerləşən stasionar postunda saxlanılıb.