DÜNYA


Angela Merkel Vladimir Zelenski ilə görüşündə özünü pis hiss etdi

Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə Berlində keçirilən görüşdə havanın kəskin isti olması səbəbindən özünü pis hiss edib. 

NTV-nin yaydığı videodan görünür ki, rəsmi qarşılama mərasimində Merkel titrəməyə başlayır və bu uzun müddət davam edir. Berlində bu gün, təxminən, 30 dərəcə istilik qeydə alındığından Merkelin bu vəziyyətə düşməsinə əlverişsiz hava şəraitinin səbəb ola biləcəyi güman edilir.