DÜNYA


Belçikada turist təyyarəsi qəzaya uğrayıb

Belçikanın Flamand Brabant əyalətində kiçik turist təyyarəsi qəzaya uğrayıb. "Ren.tv"in məlumatına görə, təyyarə Brüssel ilə Liègi birləşdirən avtomobil yolunun yaxınlığında qəzaya uğrayıb. Qəzadan sonra təyyarədə yanğın baş verib. Ölən və yaralananlar barədə məlumat verilmir.