CƏMİYYƏT


Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib

İyunun 20-də Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbirin iştirakçıları əvvəlcə qaçqınların və məcburi köçkünlərin həyatından bəhs edən fotosərgiyə baxıblar.
Tədbiri açan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Quido Ambroso tədbirin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Hökumətinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.