CƏMİYYƏT


Xaçmazda çətənə kolları yetişdirən şəxsin çadırında silah aşkarlanıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları meşəlik ərazidə çətənə kolları yetişdirən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz rayonunun Ləcət kəndi ərazisində yerləşən meşəlik ərazidə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 çətənə kolu aşkarlanıb.