DÜNYA


Türkiyədə qəza - 10 ölü, 30 yaralı

Türkiyənin Ədirnə əyalətində ağır yol qəzası baş verib.
Anadolu agentliyi xəbər verir ki, qaçqınların olduğu mikroavtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər həyatını itirib. 30-a qədər yaralı var. Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq, ağaca çırpılıb.