CƏMİYYƏT


Maştağa sakininin istixanasından 200 kiloqramdan çox çətənə kolu aşkarlandı

Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsinin 14-cü Polis Bölməsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Nahid Əliyev saxlanılıb. Ona məxsus qəsəbə ərazisində yerləşən evin həyətindəki hər birinin sahəsi 250 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 244 kiloqram olan 912 ədəd çətənə kolu aşkar edilib. Nahid Əliyev narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdiridiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurutduqdan sonra satmaq olub.