CƏMİYYƏT


Xarici ölkələrin diplomatları Şəkidə olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iyunun 27-də Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 45-dən çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Şəkinin sosial-iqtisadi, mədəni inkişafı, habelə turizm potensialı ilə yaxından tanış olublar.