CƏMİYYƏT


Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağdamda konsert olub

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan konsertdə məcburi köçkünlər, Ağdam rayonunun sakinləri, N saylı hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.