CƏMİYYƏT


Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev qonaqlar, Akademiyanın şəxsi heyəti və kursantlarla görüşdə çıxış edib. İ.Əliyev bildirib ki, 1969-cu ildən Azərbaycana rəhbərlik edən Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi məmləkətini nəinki keçmiş SSRİ-də, hətta dünyada sivil bir respublika kimi tanıdıb, milli varlığımızı beynəlxalq aləmə nümayiş etdirib.