DÜNYA


İraqda türkiyəli diplomat öldürüldü

İraqın Erbil şəhərində restoranların birinə silahlı hücum olub. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var. Türkiyənin Erbil şəhərindəki baş konsulluğunun bir əməkdaşı da hücum nəticəsində qətlə yetirilib.