DÜNYA


Yaponiyada anime studiyada yanğın: 13 ölü, 30-dan çox yaralı

Yaponiyanın Kioto şəhərində "Kyoto Animation" şirkətinin binasında törədilən yanğın zamanı 13 nəfər həlak olub, 30-a yaxın insan isə ağır xəsarət alıb. AZƏRTAC "KYODO" xəbər agentliyinə istinadən bildirir ki, hadisəni törədən 41 yaşlı kişi saxlanılıb. Saxlanılan şəxsin də xəsarət aldığı bildirlir.