İDMAN


"Roma" İquaini 1 illik icarəyə götürmək istəyir

"Roma" "Yuventus"un hücumçusu Qonzalo İquaini icarəyə götürmək niyyətindədir. Paytaxt təmsilçisi argentinalı hücumçunu bir illik icarəyə götürmək üçün 6 milyon avro ödəyəcək. Bildirilir ki, "Roma" 31 yaşlı idmançını 27 milyon avro ödəməklə birdəfəlik transfer etmək hüququna da malik olacaq.