İDMAN


“Liverpul” Məhəmməd Salaha rekord məbləğdə məvacib təklif edir

İngiltərənin “Liverpul” klubunun aparıcı forvardı Məhəmməd Salah İngiltərə Premyer Liqasının ən yüksək məvacib alan oyunçusu ola bilər. AZƏRTAC xəbər verir ki, futbolçu ilə müqaviləni 2023-cü ilə qədər uzadan “Liverpul” onun üçün rekord məbləğdə yeni təklif hazırlayır. Belə ki, klub futbolçuya ildə 22,5 milyon funt sterlinq ödəməyə hazırdır.