İDMAN


Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb

İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə Azərbaycan pəhləvanı Cəbrayıl Hacıyev (65 kq) finalda rusiyalı Batırbek Tsxovrebov ilə qarşılaşıb. AZƏRTAC xəbər verir ki, görüşdə 0:4 hesabı ilə geridə olmasına baxmayaraq, möhtəşəm geri dönüş edən Cəbrayıl Həsənov 6:5 hesabı ilə qalib gələrək festivalda ölkəmizə səkkizinci qızıl medalı qazandırıb.