CƏMİYYƏT


Çətənə kolları becərən Xızı sakini saxlanılıb

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bəyəhmədyurd kənd sakini, 28 yaşlı Famil Baxışov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən narkotik xassəli çətənə bitkiləri aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan yaş çəkisi 34 kiloqram təşkil edən 51 ədəd çətənə kolu aşkar olunub.