CƏMİYYƏT


Qubada tutulan dəstə üzvlərinin digər cinayət əməllərinin də üstü açılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki mağazalardan silsilə oğurluqlar etdiklərinə görə tutulan dəstə üzvlərinin digər cinayət əməllərinin üstünü açıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəstə üzvləri olan Lerik rayonu sakinləri, 29 yaşlı Amil Vəliyev, 33 yaşlı Səadət Azadov, 31 yaşlı Təhməz və 38 yaşlı Əkbər Dadaşovların ətraflarında aparılan istintaq tədbirləri nəticəsində onların daha yeddi rayonda analoji cinayətlər törətdikləri məlum olub.