CƏMİYYƏT


Ukrayna müsəlmanları Qurban bayramını qeyd edirlər

Kiyevdəki İslam Mərkəzinin məscidində bayram namazı qılınıb, dualar edilib. Dörd mindən artıq müsəlmanın qatıldığı bayram namazında digər ölkələrin vətəndaşları ilə yanaşı, azərbaycanlılar da iştirak ediblər.

Müsəlman ölkələrin səfirlərinin də qatıldığı bayram namazından sonra jurnalistlərə açıqlama verən Ukrayna Müsəlmanları Dini İdarəsinin sədri müfti Şeyx Əhməd Təmim bildirib ki, dünyada sülhün bərqərar olması üçün dualar edilib.