CƏMİYYƏT


Polis Akademiyasında valideynlərlə görüş keçirilib

Bu il Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının 1-ci kursuna qəbul olunan kursantların valideynləri ilə tədris ocağının rəhbərliyinin görüşü təşkil olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə valideynlər ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənildiyi mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Mərkəzdə Ümummilli Liderin Azərbaycan dövlətinin qüdrətlənməsi istiqamətində atdığı hər bir addım, onun həyat yolu və dövlətçilik ənənələrinin kursantlara tədris olunduğu diqqətə çatdırılıb.