İDMAN


"Qalatasaray" fransalı futbolçunu transfer edib

İstanbulun "Qalatasaray" komandası İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Stiven Nzonzini bir illik icarəyə götürüb.
AZƏRTAC xəbər verir ki, iki klub arasında imzalanan müqaviləyə əsasən "Cim-bom" birillik icarə müddətini gələn ilin yayında daha bir il uzatmaq hüququna malik olacaq.
Futbolçunun illik maaşı üç milyon avro təşkil edəcək. "Qalatasaray" mövsümün sonunda 16 milyon avro ödəyərək otuz yaşlı futbolçunun transfer hüququna sahib ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır