DÜNYA


Avtobusda QORXULU ANLAR - Cinayətkar sərnişinləri girov götürdü

Braziliyanın Rio-de-Janeyro şəhərində silahlı şəxs sərnişin avtobusunu ələ keçirib. AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 20-də "Glob TV" kanalı məlumat yayıb. Hadisə səhər tezdən uzunluğu 13 kilometr olan Rio Niteroi körpüsündə baş verib. İlkin məlumata görə, təcavüzkar hərbi polis işçisidir. Hüquq-mühafizə orqanlarının əməkdaşları təcavüzkarla danışıqlar aparırlar. Cinayətkarın tələbləri və sərnişinlərin sayı barədə məlumat verilməsə də, hələ ki, üç sərnişinin sərbəst buraxıldığı bildirilir.