DÜNYA


Sərxoş atanın üçüncü mərtəbədən atdığı körpəni polislər xilas etdi - Rusiyada

AZƏRTAC "REN TV"-yə istinadən xəbər verir ki, hadisə Rusiyanın Saransk şəhərində baş verib. Avqustun 20-də bir sərxoş şəxsin südəmər körpəni üçüncü mərtəbədən atmağa çalışdığı barədə polis bölməsinə məlumat daxil olub. Hadisə yerinə gələn Rusiya Daxili İşlər Nazirliyinin regional şöbəsinin əməkdaşları körpəni xilas ediblər. Hadisənin baş verdiyi anların görüntüləri yayılıb.