CƏMİYYƏT


Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in helikopteri cəlb edilib

Hirkan Milli Parkında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri cəlb edilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqust 20-də saat 14:00-da nazirliyin 112 qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 1,5 hektar sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.