İDMAN


"Tottenhem"in futbolçusu "Beşiktaş"da

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" İngiltərə "Tottenhem"inin yarımmüdafiəçisi Jorj-Kevin Nkudunu heyətinə qatıb. Kamerun əsilli 24 yaşlı fransalı oyunçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Nkudu karyerası ərzində Fransanın "Marsel", "Monako" və "Nant", eləcə də İngiltərənin "Bernli" komandasının formasını geyinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır