CƏMİYYƏT


Bakıda polis narkobaronlara qarşı xüsusi əməliyyat keçirib

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının Binəqədi rayonunda keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Mehman Bayramov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,565 qram, idarə etdiyi “Opel” markalı avtomobildən isə 1 kiloqram 10 qram çəkidə yüksək təsiredici xassəyə malik psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində psixotrop maddələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.