MƏDƏNİYYƏT


Qədim kitablarda qorunan sənət - Ön-Kənar-Rəsmlər

Bu, XIX əsrə aid bir sənətdir. 200 il əvvəlki qədim əlyazmaların kənarları rənglənib boyanırdı. Diqqətlə baxanda qədim kitabların səhifələrinin kənarlarında gizli, gözəl şəkillər diqqət çəkir. "Ön-Kənar-Rəsm" kimi tanınan bu texnika əsrlər əvvəl yarandığı gündən indiyədək uzun müddət araşdırılmayıb. "Ön-Kənar-Rəsm" texnikasını araşdıran Ayova Universitetinin əməkdaşları bildirirlər ki, tarixi kitabların səhifələrinin kənarındakı təsvirlər içərisindəkindən fərqlənə də bilirdi. Universitetin Şəxsi Kolleksiyalar kitabxanasının əməkdaşı xanım Colleen Zeisen, "Hamı üçün sirr", adlı onlayn məqaləsində bu rəsmlərin sirrini açmağa çalışıb. O, arxivdə tapılan Robert Mudie tərəfindən 1837-ci ildə “Londonda yaz, yaz, payız, qış - dörd fəsil” kitablarındakı rəsmləri izah edir. Kitab bağlandıqda şəkil görünmür. Hər fəslin mənzərəsini görmək üçün oxuduqca səhifələri əymək lazımdır. Səhifələr büküldükdə isə tamam başqa bir rəsm görünür.