CƏMİYYƏT


İstanbulda “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Günü” Forumu işə başlayıb

Sentyabrın 3-də Türkiyənin İstanbul şəhərində “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Günü” Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı Gənclər və İdman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbirdə, eyni zamanda, İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun (İCYF) prezidenti Taha Ayhan, Türkiyənin Gənclər və İdman naziri Muharrem Kasapoğlu, İƏT-in mədəniyyət və sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Malinin Gənclər və İdman naziri Aruna Modibo Toure və digərləri də iştirak edirlər.