CƏMİYYƏT


Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı? - SOSİAL ÇARX

Hər bir insan diqqətli və məsuliyyətli olmalıdır, əmlak – nəqliyyat vasitələrini cinayətkar qəsdlərdən mühafizəsinə həssas yanaşmalıdır. Avtomobilləri parklayarkən, qısa müddətdə tərk edərkən, salonda nəzarətsiz qalan qiymətli əşyalar kriminala meylli şəxslərin diqqətindən yayınmır. 

Paytaxtda nəqliyyat vasitələrindən qeydə alınan talamalar – oğurluqlar açıq qapıdan, açıq pəncərədən daxil olmaqla da törədilməsi müşahidə olunur. Viktimoloji vəziyyəti nəzərə alaraq, polis sosial-maarifləndirici qisametrajlı film vasitəsilə cəmiyyətə müraciət edir, “Məsuliyyət hər kəsin təhlükəsizliyidir – İlk növbədə Sənin: Əmlakınıza etinasız yanaşmayın!” şüarı ilə cəmiyyəti diqqətli və məsuliyyətli olmağa səsləyir.
Çəkiliş Bakı şəhər Baş Polis İdarəsinin sifarişi əsasında “Azəriprodkşn” studiyası tərəfindən aparılıb. Qısametrajlı filmin ssenari müəllifi polis mayoru Elşad Hacıyev, qurluşçu rejissoru Rövşən Nicat, operatoru Emin Hüseynovdur.