CƏMİYYƏT


Həyətində narkotik bitki əkib-becərən şəxs saxlanılıb

Kürdəmir rayonunun Yenikənd kəndində yaşadığı evin həyətində narkotik bitki əkib-becərən 1963-cü il təvəllüdlü Cəfərov Yahya Sədir oğlu polis işçiləri tərəfindən saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, daxil olan məlumata əsasən Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış zamanı Yahya Cəfərovun yaşadığı evin həyətindəki bağ sahəsində üç ədəd yaş vəziyyətdə, tərkibində narkotik maddələr olan, əkib-becərdilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar edilərək götürülüb.