CƏMİYYƏT


“Azəriqaz” İB-nin rəhbərliyi şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyiblər

Sentyabrın 5-də “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev Quba şəhərində vətəndaşlarla görüşüb.

Müraciətlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaza görə yaranmış borcun araşdırılması, sənədləşmə qaydaları, qaz xətlərində, sayğaclarda yaranan nasazlıq və müxtəlif məsələlərlə bağlı olub.