CƏMİYYƏT


Qubanın dağ kəndində ayılar mal-qaraya hücum edib

Qubanın Küsnətqazma kəndində ayılar sakinlərin mal-qarasına hücum edib.
Ayılar son bir neçə gündə 6 baş heyvanı parçalayıb, ikisini isə yaralayıb.
Sakinlərin bildirdiyinə görə, həm çöl şəraitində otlayan mal-qara, həm də həyətdə bağlı inəklər vəhşi heyvanların hücumuna məruz qalıb. Dağ kəndlərində ayıların heyvanlara hücumu qeydə alınsa da, son bir ayda bu kimi faktların sayı çoxalıb.