CƏMİYYƏT


Qusarda baş verən qəzada sürücü ağır yaralanıb

Sentyabrın 7-si səhər saatlarında Qusar şəhəri ərazisində sürücünün ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 10-RX-408 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil yüksək sürətlə hərəkətdə olduğu zaman sürücü idarəetməni itirib və yol kənarındakı ağaca çırpılıb.