CƏMİYYƏT


Bağbanlar hansı calaq üsullarına üstünlük verirlər - Lənkərandan REPORTAJ

Barı az olan ağacın bol məhsul verməsi üçün ona calaq vurmaq lazımdır, lakin bu proses elə də asan deyil. Ağac calamağın öz vaxtı, üsulu və incəlikləri var. Meyvə ağaclarına calaq vurmaqla yaxşı məhsuldarlıq əldə etmək mümkündür.
AZƏRTAC xəbər verir ki, respublikamızda ağacların calanmasının 10-dan çox üsulu var. Bağbanlar əsasən göz, yarma və qabıqaltı kimi calaq üsullarından istifadə edirlər. Çünki bu üsullarla calaqların tutma faizi yüksəkdir. Calaq komponentləri yaxşı qovuşur, calaqvurma zamanı az qələm tələb olunur.