CƏMİYYƏT


Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ağcabədidə gənclərlə görüş keçirilib

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Tahir Rzayev, Rauf Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.