MƏDƏNİYYƏT


Bakı metrosunda sərnişinlər üçün canlı musiqi təqdim olunur

Sentyabrın 18-i respublikamızda Milli Musiqi Günüdür. Dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününə təsadüf edən bu gün Ümumilli lider Heydər Əliyevin təşəbbüsü və 1995-ci ildə imzaladığı Fərmanla hər il Milli Musiqi Günü kimi təntənə ilə qeyd olunur. “Bakı Metropoliteni” bu günü özünəməxsus layihələrlə qeyd edir. Belə ki, artıq 5-ci ildir ki, Milli Musiqi Günündə metronun müxtəlif stansiyalarında sərnişinlərə canlı musiqi təqdim olunur. “İçərişəhər” stansiyasında başlanan tədbirin proqramına həm milli, həm də klassik musiqi nümunələri, xüsusi ilə Üzeyir Hacıbəylinin əsərlərindən parçalar daxil edilir. Canlı musiqi gün ərzində metronun “Sahil” “28 May” və “Elmlər Akademiyası” stansiyalarında davam etdiriləcək.