DÜNYA


“İmelda” qasırğası nəticəsində 2 nəfər ölüb

ABŞ-ın Texas ştatında tüğyan edən "İmelda" tropik qasırğası bir sıra fəsadlar yaradıb. Qasırğa nəticəsində 2 nəfər ölüb. Minlərlə maşın su altında qalıb. Bəzi yerlərdə yağışın səviyyəsi 100 santimetrdən çox olub. Bu səbəbdən Hyustondakı iki aeroportdan uçmalı və həmin aeroportlara gəlməli olan 900-dən çox aviareys ləğv edilib. Kəskin hava şəraiti ilə bağlı ştat qubernatoru Qreq Ebbott 13 dairədə fövqəladə vəziyyət elan edib.