ELM VƏ TƏHSİL


Payız fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb

Payız fəsli Azərbaycana sentyabrın 23-də yerli vaxtla saat 11:50-də daxil olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib. Onun sözlərinə görə, bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.