CƏMİYYƏT


Bayılda neft buruqlarının mühərriklərini oğurlayan şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə əlaqədar Səbail Rayon Polis İdarəsinə müraciət edilib və müxtəlif vaxtlarda qəsəbə ərazisində 5 neft mühərrikinin naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat verilib. İdarənin əməkdaşları tərəfindən dərhal “isti izlər”lə əməliyyat-axtarış tədbiri keçirilib. Cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakini Tərlan İbadov və İmişli rayon sakini Elnur Ağayev saxlanılıblar. Hər iki şəxs ifadələrində 5 mühərrik oğurladıqlarını və paytaxtın Nizami rayonunda satdıqlarını bildiriblər. Oğurlanmış əşyalar polis əməkdaşları tərəfindən satıldığı obyektdə aşkarlanaraq maddi sübut kimi götürülüb.