CƏMİYYƏT


Xaçmazda yararsız at əti aşkarlandı

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə Xaçmaz Rayon Polis Şöbəsi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrilə birlikdə Qaraqaşlı kənd ərazisində yerləşən, rayon sakini Nicəsur Mövsüma məxsus fermaya baxış keçiriblər. Həmin fermada natəmiz vəziyyətdə olan, istifadəyə tam yararsız 300 kiloqramdan artıq at əti və kəsim üçün alınmış xəstə atlar aşkar edilərək götürülüb.